İsrail Ramazan ayında Qəzza zolağında döyüş əməliyyatlarına ara verəcək
27 Fevral 2024 12:10 Dünyaİsrail Ramazan ayında Qəzza zolağında döyüş əməliyyatlarını dayandırmağa razılıq verib.
Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Bildirilib ki, yeni atəşkəs təklifi döyüş əməliyyatlarının bir ay müddətinə dayandırılmasını və HƏMAS əsirliyində olan girovlarla İsrail həbsxanalarında olan fələstinlilərin mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, bu il Ramazan ayı martın 11-də başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31