Nordwind aviaşirkəti Cənubi Afrikaya birbaşa uçuşlar həyata keçirəcək — ÖZƏL

Rusiyanın Nordwind aviaşirkəti Rusiya ilə Cənubi Afrika Respublikası arasında birbaşa uçuşlar həyata keçirə bilər.

Olaylar.az xəbər verir ki, bunu Cənubi Afrikanın Rusiyadakı səfiri Mzuvukile Ceff Maketuka bildirib.
"Bu, artıq müzakirə olunur", - səfir bildirib. 

Maqetuka qeyd edib ki, Rusiya və Cənubi Afrika 2022-ci ilin əvvəlində Nordwind-i potensial hava daşıyıcısı kimi müəyyən ediblər. 

"Biz bunun nə vaxt başlayacağını və hələ də Nordwind olub-olmayacağını eşitməyi gözləyirik", - səfir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31