Çin bu il “Long March 12” daşıyıcı raketini orbitə çıxaracaq
27 Fevral 2024 10:20 DünyaBu il Çin ilk dəfə olaraq yeni dizayn edilmiş ikipilləli maye yanacaq daşıyıcısı CZ-12 ("Chang March 12") daşıyıcısını orbitə buraxacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Buraxılışın Çinin Vençan şəhərindəki keçən ilin sonunda istifadəyə verilmiş yeganə kommersiya kosmodromunun ərazisindən həyata keçirilməsi planlaşdırılır. CZ-12-nin yaradılması üzrə bütün təkmilləşdirmə işləri başa çatıb və o, uçuş öncəsi sınaqlardan keçirilir.
Yeni raket aşağı Yer orbitinə ən azı 10 ton, Günəşlə sinxron orbitə isə azı 6 ton faydalı yük çatdıra biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31