Lukaşenko yaxın zamanda Ərdoğanla görüşmək niyyətindədir
26 Fevral 2024 21:06 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Lukaşenko ötən gün Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik etmək üçün ona zəng edib. Telefon danışığında Belarus prezidenti Türkiyə lideri ilə yaxın zamanda görüşərək əməkdaşlığı və dünya gündəmini müzakirə etmək istədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31