Qırğızıstanda qar uçqunu oldu - 4 turist öldü

Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

Olaylar.az-ın xəbərinə görə, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.

İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

Həlak olanların şəxsiyyəti müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31