Azərbaycan COP-29 tədbirini yüksək səviyyədə keçirməyə nail olacaq-Elçin Xalidbəyli- ÖZƏL

"Azərbaycanda COP-29 tədbirinin keçirilməsi olduqa əlamətdar hadisədir. Azərbaycanın belə yüksək səviyyəli tədbirlər keçirmək istiqamətində kifayət qədər ciddi təcrübəsi var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Son illərdə Azərbaycanda keçirilən tədbirlərə diqqət yetirildikdə bunu əminlikdə söyləmək mümkündür. Həm siyasi məzmun daşıyan, həm beynəlxalq əhəmiyyətli, həm regional, həm dünya problemlərinin araşdırılmasını nəzərdə tutan, eyni zamanda da idman xarakterli yüksək səviyyəli beynəlxalq tədbirlərin son illərdə Azərbaycanda keçirilməsi ənənə halını alıb. Bütün bunları nəzərə alanda hesab etmək olar ki, Azərbaycan COP-29 tədbirini də yüksək səviyyədə keçirməyə nail olacaq və Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar, yürütdüyü siyasət bunu təsdiqləyir. Bu baxımdan heç bir şübhə yeri yoxdur ki, həm kadr, həm təşkilatçılıq baxımından COP-29 tədbiri bütün dünyanın gözü qarşısında Azərbaycanın olduqca müasir və bu cür tədbirləri keçirmək qabiliyyətinə malik olan dövlət kimi təqdim olunmasına şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31