120 ildən sonra ortaya çıxdı: Dənizin dibində "təsadüfən" tapıldı- ÖZƏL

1904-cü ildə müəmmalı şəkildə yoxa çıxan "SS Nemesis" kömür gəmisi 120 ildən sonra Avstraliya sahillərində tapılıb.

Olaylar.az xəbər verir ki, gəminin qalıqları itmiş yükünü axtaran şirkət tərəfindən təsadüfən okeanın dibində tapılıb.

"SS Nemesis" və 32 nəfərlik heyəti 9 iyul 1904-cü ildə Böyük Britaniyanın Nyukasl şəhərindən kömürlə yüklənmiş şəkildə yola düşüb. 73 metr uzunluğundakı gəminin təyinat yeri Melburn idi, lakin "SS Nemesis" səyahət zamanı yoxa çıxıb. Gəmi sonuncu dəfə Sidneyin cənubundakı Vollonqonq şəhərinin sahillərində dalğalarla mübarizə apararkən görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31