Devid Kemerondan Rusiya lideri ilə bağlı ÇAĞIRIŞ: "Putinə bunu sübut etməliyik!"

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya Prezidenti Vladimir Putinlə bağlı çağırış edib.

Olaylar.az xəbər verir ki, o, bu barədə  "X" (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İki ildən sonra Putin hələ də qalib gələ biləcəyinə inanır. Bizim vəzifəmiz onun səhv olduğunu sübut etməkdir", - britaniyalı nazir Qərb ölkələrinin rəhbərlərinə müraciət edib.

Xatırladaq ki, fevralın 14-də Devid Kemeron bildirib ki, Qərb ölkələrindən Kiyevə hərbi yardımın çatdırılması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31