Paşinyan Ermənistan XİN-nin baş katibini vəzifəsindən azad edib

Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan vəzifəsindən azad edilib.

Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, müvafiq fərman Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Qeyd edək ki, son zamanlarda erməni KİV-ləri Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazır. Bildirilir ki, baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31