Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi
26 Fevral 2024 13:44 DünyaÇin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Olaylar.az bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin sessiyasında bildirib.
O, qeyd edib ki, bu qərardan sonra Gürcüstan vətəndaşları Çində 30 günədək vizasız qala biləcəklər.
Kobaxidze bu addımın Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin avqustunda Gürcüstanla Çin arasında strateji tərəfdaşlığın əsası qoyulub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31