Xirosimada dağıntıların altından tapılan saat ABŞ-də hərracda satılıb

Yaponiyanın 6 avqust 1945-ci ildə atom bombasına məruz qalmış Xirosima şəhərində dağıntıların altından tapılan saat ABŞ-də 31 min 113 dollara satılıb.

Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Saatın təcili yardım göstərmək və dağıntıları qiymətləndirmək üçün Xirosimaya yollanmış britaniyalı əsgər tərəfindən aşkarlandığı qeyd olunub.

Saatın partlayışın baş verdiyi səhər saat 8:15-i göstərdiyi qeyd olunub.

Hərrac evi saatın yeni sahibinin adını açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31