NATO Avropada ən böyük dəniz təlimlərinə başlayıb

NATO fevralın 26-da Siciliya sahillərində "Dynamic Manta" adlı dəniz təlimlərinə başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığı "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, təlimlərdə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ hərbçiləri və gəmiləri iştirak edirlər.

İki həftə davam edəcək təlimlərdə NATO-ya üzv ölkələrin kollektiv müdafiə və regiondakı böhranlara reaksiya potensialı möhkəmləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31