İrəvandan KTMT-yə qarşı daha bir addım

Ermənistanın KTMT Parlament Assambleyasındakı (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.

Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Frans 24"ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31