Sülh üçün hər şeyə hazırıq - Annalena Berbok
24 Fevral 2024 18:37 DünyaQərb artıq iki ildir ki, Ukraynada sülhün bərqərar olması üçün dayanmadan çalışır.
Olaylar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Qərbin Ukraynanı danışıqlardan kənarda saxladığını söyləmək yalandır. Biz beynəlxalq tərəfdaşlarla birlikdə sülhün Ukraynaya gəlməsini təmin etmək üçün yorulmadan çalışırıq. 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlarda Rusiyanın qoşunlarını geri çəkəcəyi əsasında Ukrayna güzəştə getməyə hazır idi. Ukraynada bu müharibənin bitməsini istəməyən adam yoxdur. Biz bu ümidin gerçəkləşməsi üçün hər şeyi edirik", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31