İranda güclü zəlzələ olub

Bu gün yerli vaxtla saat 11-də İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 21 km dərinlikdə qeydə alınıb. Zəlzələ Fin şəhərinin 27 kilometrliyində baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31