Acun Ilıcalı yeni televiziya kanalı satın aldı
24 Fevral 2024 13:46 DünyaMəşhur türkiyəli iş adamı, media maqnatı və "Hull City" klubunun sahibi Acun İlıcalı Almaniyanın "SPORT1" idman kanalının səhmlərinin 50 faizini satın alıb.
Olaylar.az bildirir ki, bu barədə İsveçrənin "Highlight Communications" media qrupunun verdiyi rəsmi açıqlamada bildirilib.
Açıqlamaya görə, "SPORT1"in səhmlərinin 50 faizi 30 milyon avro müqabilində "ACUNMEDYA"ya satılıb.
"ACUNMEDYA" tərəfindən istehsal olunan idmanla bağlı realiti-şou formatları gələcəkdə "SPORT1" kanalında yayımlanacaq. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31