ABŞ husilərin yeddi qanadlı raketini vurdu
24 Fevral 2024 13:26 DünyaFevralın 23-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi ədəd qanadlı raketini vurmağa müvəffəq olub.
Olaylar.az ABŞ Mərkəzi Komandanlığının məlumatına istinadən xəbər verir ki, həmin raketlər Qırmızı dənizə doğru atılmağa hazır idi və "özünümüdafiə üçün" vurulub.
Mərkəzi Komandanlıq raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və hərbi gəmilər üçün təhlükə yaratdığını iddia edib.
Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər.
Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31