Qazaxıstanda dəhşətli yanğın - 4 uşaq öldü
24 Fevral 2024 11:56 DünyaQazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.
"Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub", - o bildirib.
Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31