İspaniya 200 mindən çox ukraynalı qaçqını qəbul edib
24 Fevral 2024 10:44 DünyaRusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri İspaniyaya 200 mindən çox ukraynalı qaçqın gəlib.
Olaylar.az EFE agentliyinə istinadla xəbər verir ki, İspaniya qəbul etdiyi ukraynalı qaçqınların sayına görə, Avropa İttifaqında beşinci yeri tutur.
Ölkəyə sığınan qaçqınlardan 20,5 minə yaxını iş tapmağa nail olub. Eyni zamanda, Ukraynadakı müharibədən qaçan 29,5 min uşaq yerli məktəblərdə təhsil alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31