Dünyanın ən məşhur şəlaləsi dondu - FOTOLAR
23 Fevral 2024 19:10 DünyaABŞ-ın dünyaca məşhur Niaqara şəlaləsi ölkənin əksər hissəsini əhatə edən arktik soyuqlar səbəbindən qismən donub.
Olaylar.az lent.az-a istinadən bildirir ki, ABŞ-ın bir çox bölgəsini təsir altına almaqda davam edən qütb soyuqluğu səbəbindən 100 milyondan çox insan əlverişsiz qış şəraitindən əziyyət çəkib.
Ölkə üzrə həyatını itirənlərin sayı 100-ə yaxınlaşıb. Nyu-York ştatının Niaqara rayonunda yerləşən eyniadlı şəlalə arktik soyuqlar səbəbindən qismən donub.
Şəlaləyə ziyarətçi axını davam edərkən, soyuqlar səbəbindən maraqlı görüntülər yaranıb.
Məqaləyə dair fotomateriallar:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
.jpg)
