Türkiyədə neft quyusunda partlayış: ölən və yaralanan var
23 Fevral 2024 16:45 DünyaTürkiyənin Diyarbakır şəhərində "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinə məxsus neft quyusunda partlayış olub.
Olaylar/az bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, partlayış nəticəsində İnsan Tunar adlı işçi həlak olub, daha bir işçi yaralanıb.
Qazma işləri zamanı qazın tıxanması nəticəsində yaranan partlayışdan sonra yanğın baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31