ABŞ hakimiyyəti nüvə silahlı kosmik silahla bağlı Moskva ilə əlaqə saxlayıb — ÖZƏL
23 Fevral 2024 12:36 DünyaABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri Moskvaya yeni nüvə silahlı peyk əleyhinə silahı kosmosda yerləşdirməmək barədə xəbərdarlıq etmək üçün Rusiya ilə birbaşa əlaqə saxlayıblar.
Olaylar.az xəbər verir ki, bunu ABŞ administrasiyasının adlarını açıqlanmayan rəsmiləri bildirib.
ABŞ hakimiyyətinin istifadə etdiyi kanallardan biri Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Rusiya prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov olub. ABŞ hakimiyyəti də Çin, Hindistan və Yeddilik Qrupuna müraciət etməyə çalışıb ki, onlar da Moskvaya təsir edə bilsinlər.
Bundan əlavə, kosmos sektorunda təhlükə ilə bağlı məlumatların ortaya çıxması həm administrasiya rəsmilərini, həm də qanunvericiləri təəccübləndirib.