KTMT Paşinyanı təkzib etdi: İrəvandan üzvlüyün dondurulmasına dair...

İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb.

Olaylar.az bildirir ki, bu barədə KTMT-dən bildirilib.

Qeyd olunub ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31