ABŞ Rusiyadakı 500-dən çox hədəfə sanksiya tətbiq edəcək - ÖZƏL

Vaşinqton Rusiyadakı 500-dən çox hədəfə sanksiya tətbiq edəcək.

Olaylar.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksini və Rusiyanın istədiyi mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.
Adeyemo əlavə edib ki, Vaşinqton Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyata və Aleksey Navalnının ölümünə görə hesaba çəkməyə çalışır.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib ki, ABŞ administrasiyasının fevralın 23-də elan edəcəyi anti-Rusiya məhdudiyyətləri paketi xüsusi hərbi əməliyyatın başlamasının ikinci ildönümü ilə əlaqələndiriləcək. Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı tədbirləri özündə əks etdirən sanksiyalar paketi Navalnı və onun ölümü ilə bağlı ayrıca sanksiyalarla tamamlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31