BVF Ukrayna ilə Kiyevə 880 milyon dollar ayırmaq barədə razılığa gəlib - ÖZƏL
23 Fevral 2024 11:22 DünyaBeynəlxalq Valyuta Fondu (BVF) işçi səviyyəsində Kiyevlə Ukraynaya 880 milyon dollar məbləğində növbəti tranşın ayrılması barədə razılığa gəlib.
Olaylar.az xəbər verir ki, tranş martda təsdiq edilmiş genişləndirilmiş kreditləşmə mexanizmi vasitəsilə Kiyevə göndəriləcək. Vəsaitlərin ayrılması BVF rəhbərliyi və təşkilatın icraçı direktorlar şurası tərəfindən təsdiqlənməlidir. Onların bu məsələyə martın ikinci yarısında baxacağı gözlənilir.
BVF hələ ki, bu məlumatı təsdiqləmək tələbinə cavab verməyib.
Əvvəlki 900 milyon dollarlıq tranş dekabr ayında icraçı direktorlar şurası tərəfindən təsdiqlənib. Fond bundan əvvəl bu mexanizm çərçivəsində 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə Ukrayna üçün dördillik proqramı təsdiqləyib. Aprelin 3-də Ukrayna dövlət büdcəsinə 2,7 milyard dollarlıq birinci tranş daxil olub.