Sakit okeanda 6,3 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çilinin Anqa-Roa şəhərindən 896 km cənubda olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31