Putin Baydenə cavab verib
22 Fevral 2024 21:08 DünyaRusiya Prezidenti Vladimir Putin hesab edir ki, ABŞ lideri Co Bayden onu Rusiyanın marağında olan gələcək ABŞ prezidenti haqqında söylədiyi sözlərə görə təhqir edib. Lakin Rusiya dövlətinin başçısı bu cür hücumları yalnız öz haqlılığının sübutu hesab edir.
Olaylar.az rus KİV-lərinə istinadən xəbər verir ki, Putinin Baydenin reaksiyasını adekvat adlandırıb.
"Bu yaxınlarda siz məndən ABŞ-nin gələcək prezidenti vəzifəsində kimə üstünlük verdiyimizi soruşdunuz. Dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha yaxşıdır. Onun dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır", - Rusiya lideri jurnalistin sualını cavablandırarkən deyib.
Putin qeyd edib ki, Bayden ona deyə bilməzdi ki, "Volodya, afərin, sağ ol, mənə çox kömək etdin".