Türkiyə ordusu bu ərazilərdə 60 terrorçunu zərərsizləşdirdi
22 Fevral 2024 17:05 DünyaTürkiyə ordusu İraq və Suriyanın şimalı daxil olmaqla son bir həftədə 60 terrorçunu zərərsizləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.
Məlumata görə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 458-ə çatıb. Onlardan 184-ü İraqın şimalında, 274-ü isə Suriyanın şimalında məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31