Hərbi həkimin evindən bir milyon dollar çıxdı
22 Fevral 2024 15:13 DünyaKiyev polisi Çerniqov Hərbi Həkim Komissiyasının keçmiş rəhbərinin evində axtarışlar zamanı təxminən 1 milyon dollar tapıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Pablik" telekanalı məlumat yayıb.
"Axtarışlar cinayət işlərindən birinin istintaqı çərçivəsində Kiyevdə keçmiş məmurun mənzilində aparılıb. İşdə iştirak edən şəxsin adı açıqlanmır", - məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin üç keçmiş məmuru 25 milyon dolları mənimsəməkdə ittiham olunub. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31