Çində gəmi körpüyə çırpıldı - Ölənlər var
22 Fevral 2024 13:33 DünyaÇinin cənubundakı Quancou şəhərində Mirvari çayında hərəkət edən yük gəmisinin körpüyə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb.
Olaylar.az səlahiyyətli qurumların açıqlamasına istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 5:30-da baş verən hadisə zamanı körpüdə hərəkətdə olan iki nəqliyyat vasitəsi çaya, digər üçü isə gəmiyə düşüb.
Xilasedicilər çayda iki meyit tapıb, iki nəfəri isə xilas ediblər. Gəminin heyət üzvlərindən biri xəsarət alıb. İtkin düşən 3 heyət üzvünün axtarışları davam edir.
Qeyd edək ki, Mirvari çayı Çinin xarici ticarət qapısı sayılan Quancou şəhəri ilə "Böyük körfəz zonası"nın digər şəhərləri, o cümlədən Honkonq arasında əsas əlaqəni təmin edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31