Somali Parlamenti təsdiq etdi: Türkiyə 10 il ərzində Somali dənizlərini qoruyacaq- ÖZƏL
21 Fevral 2024 21:42 DünyaSomali Prezidenti Həsən Şeyx Mahmud Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Razılaşması ilə bağlı açıqlama verib.
Olaylar.az xəbər verir ki, o, açıqlamasında qeyd edib ki, Türkiyə dənizlərimizi 10 il müddətində qoruyacaq.
O, bildirib ki, Somalinin 10 ildən sonra öz donanması olacaq.
Həsən Şeyx Mahmud Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi Somali Parlamentində təsdiqləndikdən sonra Prezident sarayında jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə ilə sazişin Somalidə terrorla mübarizə, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu, sahillərin qorunması və dəniz ehtiyatlarının inkişafı kimi mövzularda əməkdaşlığı əhatə etdiyini qeyd edən Mahmud müqavilənin heç bir Efiopiya və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik məqsədi daşımadığını da qeyd edib.