Həkimlər amerikalının burnundan 150 canlı sürfə çıxarıblar-ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ sakini burnunun içində yüzdən çox sürfənin yaşadığını bilmədən qanaxmadan əziyyət çəkib.

ABŞ-da bir kişi üzünün şişməsi və tez-tez burun qanamalarından əziyyət çəkməyə başlayıb. Artıq çətinliklə danışdığl zaman həkimə müraciət etməli olub.

Otolarinqoloq Devid Karlson xəstənin burnunu müayinə edərkən içəridə şübhəli hərəkətlər müşahidə edib. Xəstənin sinuslarında uzun müddətdir ki, parazitlərin yaşadığı məlum olub. Onların sayı 150-yə çatıb. Həkim sürfələrin ölçülərinə görə fərqləndiyini bildirib. Ən böyüklərini kiçik barmağın ucu ilə müqayisə etmək olar. Artıq kəllənin dibində eroziya əmələ gəlməyə başlayıb. Bunlar xəstənin kəlləsinə və gözünə çox yaxın olub.

Bütün sürfələr amerikalının burnundan çıxarılıb. Ola bilsin ki, 30 il əvvəl onun burun sinuslarının yanında boşluqlar əmələ gələn şişi çıxarmaq üçün cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən onun daxilində başlayıblar. Xəstənin özü hesab edir ki, "çağırılmamış qonaqlar" balıq tutmağa gedəndə çiy balıq iyini duyduqdan sonra onun burnunu ev seçiblər.

İndi kişi sağalır və parazit əleyhinə dərmanlar qəbul edir. Həkimlər onun tam sağalmasını gözləyirlər və möcüzəvi şəkildə xilas olduğunu qeyd edirlər. Daha uzun müddət kömək istəməsəydi, öləcəkdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31