İranın kəşfiyyat naziri ABŞ və İsraili ittiham edib - ÖZƏL

İranın Kəşfiyyat naziri İsmail Xətib Olaylar.az xəbər verir ki, ABŞ və İsraili bölgədə terror aktları törətmək üçün İslam Dövləti terror təşkilatından istifadə etməkdə ittiham edib.
İranın dövlət İRNA xəbər agentliyi onun sözlərini sitat gətirib: 
"İD öz gücünü itirərək, hazırda regionda dolaşmaqdadır və ABŞ və sionist rejim bundan terror aktları törətmək üçün istifadə edir".
Nazir həmçinin bildirib ki, İran xüsusi xidmət orqanlarının bu yaxınlarda keçirdiyi əməliyyat zamanı İsrail kəşfiyyat xidməti Mossadın agentlərini üzə çıxardığı ölkələr agentlərin adlarını özləri açıqlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31