Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyalar siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunacaq, lakin yeni sektor sanksiyaları nəzərdə tutulmayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Avropa Parlamentinin çexiyalı deputatı Tomaş Zdexovski Aİ-nin Rusiyaya qarşı 13-cü və 14-cü sanksiyalar paketini hazırlamaqda olduğunu və sanksiyaların tezliklə üzv ölkələrə təqdim olunacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31