Aİ vətəndaşlarının yalnız 10%-i Kiyevin Ukrayna münaqişəsində qalib gələcəyinə inanır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Xarici Əlaqələr Şurasının (ECFR) keçirdiyi sorğunun nəticələrinə görə, 12 Avropa ölkəsində sorğuda iştirak edən 17 min nəfərdən yalnız 10%-i Ukrayna münaqişəsinin Kiyevin qələbəsi ilə bitəcəyini düşünür.
Belə ki, respondentlərin yalnız 10%-i Ukrayna münaqişəsində Kiyevin üstün olacağını bildirib. İki dəfə çoxu Rusiyanın qalib gələcəyini gözləyir. Rəyi soruşulanların daha 37%-i münaqişənin sülh yolu ilə həll ediləcəyini bildirib.
Sorğu iştirakçıları qeyd ediblər ki, Rusiyanın qələbəsi Ukraynanın xüsusi hərbi əməliyyat zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini nəzərdə tutur.
Avstriya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç olmaqla 12 Avropa ölkəsindən ümumilikdə 17 023 nəfər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31