Ukraynalıların 70%-dən çoxu Rusiya ilə münaqişənin diplomatik yolla həllinə çalışır — ÖZƏL
21 Fevral 2024 15:57 DünyaOlaylar.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, Ukrayna vətəndaşlarının 70%-dən çoxu münaqişənin Rusiya ilə diplomatik yolla həllini dəstəkləyir.
"Ukraynalılar danışıqlar prosesinə açıq olaraq qalırlar. 2022-ci ilin mayında 59%, 2024-cü ilin fevralında isə respondentlərin 72%-i Ukraynanın da müharibəni bitirmək üçün diplomatik yol axtarmalı olduğu fikri ilə razılaşıb" - dərc olunan məlumatda deyilir.
Ukraynanın bütün bölgələrində sakinlərin çoxu ümumiyyətlə diplomatik yola açıqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31