ABŞ-də atışma olub, ölən var
21 Fevral 2024 10:47 DünyaABŞ-nin Santa Klara şəhərində (Kaliforniya ştatı) atışma nəticəsində bir nəfər ölüb.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsi çərşənbə axşamı "X"də xəbər yayıb.
Məlumata görə, polis atəş barədə xəbərlərə görə əraziyə gəlib və şübhəli şəxsi çağırış ünvanında evdə saxlayıb. Evin içində bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31