Ukrayna PUA istehsalı üçün Qərb ölkələrindən 1,5 milyard dollar istəyib
21 Fevral 2024 10:11 DünyaUkrayna hakimiyyəti Qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko məlumat verib.
"Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq", - deyə Çernoqorenko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31