Paşinyan Fransaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Parisə səfərə gedəcək.

Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Paşinyan Fransa Müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinin təkrar dəfn mərasimində iştirak edəcək.

Qeyd edilir ki, Emmanuel Makron hələ ötən ilin iyulunda Paşinyanı Fransaya dəvət etmişdi. Hələlik səfərlə bağlı rəsmi açıqlama yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31