Böyük Britaniyada məktəblərdə şagirdlərin mobil telefondan istifadə etməsi qadağan olunacaq
20 Fevral 2024 20:20 DünyaBöyük Britaniyada hökumət məktəblərdə şagirdlərin mobil telefondan istifadəsini qadağan edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, şagirdlərin tənəffüs vaxtı da mobil telefondan istifadə etməsi qadağan olacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Təhsil Nazirliyi ölkədə 12 yaşlı və daha böyük uşaqların 97 faizinin mobil telefonunun olduğunu və şagirdlərin mobil telefondan istifadəsini qadağan edən məktəblərdə təhsilin keyfiyyətində nəzərəçarpan irəliləyiş müşahidə olunduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31