1000 nəfər sirli təyyarə səfəri üçün qeydiyyatdan keçib- ÖZƏL

Aviaşirkətlərdən biri təyinat yerini açıqlamadan uçuşa bilet satmağa başlayıb. Maraqlısı odur ki, mindən çox insan hara getdiyini bilmədən bu biletləri alıb.

Olaylar.az xəbər verir ki, "SAS" kimi də tanınan Skandinaviya Hava Yolları bu təkliflə bağlı tez-tez uçan sərnişin proqramının üzvlərinə yalnız uçuşun Kopenhagen hava limanından gerçəkləşəcəyini və "bir neçə saat" çəkəcəyini bildirib. Səyahət aprelin 5-də başlayacaq və üç gün sonra geri qayıdacaq. Sərnişinlər gedəcəkləri yerləri yalnız təyyarəyə mindikdən sonra öyrənəcəklər. 

SAS-ın İcraçı Vitse-Prezidenti və Kommersiya Direktoru Paul Verhagen uçuşlara tələbatın "həyəcanlı" olduğunu söyləyib:

"Digər həvəskarlarla macəralı, sirli səyahətə çıxmaq və bu yolda yeni əlaqələr, dostluqlar tapmaq perspektivi həqiqətən həyəcan vericidir",-deyə o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31