Fransa məhkəməsi erməniəsilli biznesmenin əmlakına həbs qoyub - "Le Monde"
20 Fevral 2024 16:01 DünyaFransa məhkəməsi Rokbrün-kap-Marten kurortunda yerləşən və rəsmi olaraq erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyana məxsus olan villanın mülkiyyət hüququnu dondurub.
Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazıb.
Nəşrin məlumata görə, yerli sakinlər tərəfindən "Villa del Mare" olaraq bilinən malikanə 3 hektar ərazidə yerləşir. Obyektə əsas binadan başqa üç üzgüçülük hovuzu, tennis kortu və helikopter meydançası da daxildir. Daşınmaz əmlakın ümumi dəyəri 120 milyon avro olaraq dəyərləndirilib.
AFP nəşrinin yazdığına görə, villa ilə bağlı Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi tərəfindən çirkli pulların yuyulması faktı üzrə istintaq aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31