Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zənginləşdirmə fəaliyyətindən narahatdır
20 Fevral 2024 13:15 Dünyaİran nüvə enerjisindən kommersiya istifadəsi üçün lazım olandan daha çox uran zənginləşdirməyə davam edir.
Olaylar.az xəbər verir ki, bu barədə BAEA-nın rəhbəri Rafael Qrossi deyib.
Qrossi gələn ay Tehrana səfər edəcəyini deyib.
Qrossi "Reuters" agentliyinə müsahibəsində bildirib ki, BMT-nin təzyiqinə baxmayaraq, İran yüksək sürətlə uran zənginləşdirməyə davam edir və ayda yeddi kiloqrama qədər 60% saflıqda uran zənginləşdirir.
Qeyd olunub ki, uranın 60 faizədək zənginləşdirilməsi silah istehsalı səviyyəsinə yaxındır və kommersiya istifadəsi üçün lazım olandan artıqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31