Serbiya Qərbin təzyiqlərinə baxmayaraq anti-Rusiya sanksiyalarını rədd etməyə davam edəcək - ÖZƏL

Qərbin böyük təzyiqlərinə baxmayaraq, anti-Rusiya sanksiyalarının rədd edilməsi üzrə müstəqil siyasəti davam etdirmək niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

"Ukraynada münaqişə başlayanda mən dedim ki, hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Sonra da hamı kimi biz də münaqişəni dövlət səviyyəsində pisləmək qərarına gəldik, amma dedik ki, bu, bizim mövqeyimizdir. Mən bunu o vaxt dedim, çünki biz öz təcrübəmizdən bilirik ki, bizə qarşı sanksiyalar tətbiq olunanda nə hiss olunur. Bizim dost xalqımız var və bunu etmək ədalətsizlik olardı", - Vuçiç qeyd edib.
"Amma mən serblərə dedim ki, buna zəmanət verə bilmərəm, çünki bütün bu təzyiqlərin gələcəkdə necə olacağını bilmirəm. Mən bir-iki gün qəhrəman rolunu oynayıb qərarımı dəyişmək istəmirdim. Amma faktdır ki, mən "bilmirəm" deyirəm, "bilmirəm" deyəndə isə mənim sözüm kiminsə möhkəm vədindən baha başa gəlir", - dövlət başçısı qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31