Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini 24 fevral 2025-ci ilədək uzadıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.

Məlumatda Aİ-nin Rusiyaya qarşı hazırkı bütün sanksiyalarını qüvvədə saxlamağın və lazım gələrsə, əlavə tədbirlər görməyin məqsədəuyğun olduğu qeyd edilib.

Qeyd edək ki, bu il yanvarın ortalarında Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb. "Bloomberg" agentliyinin məlumatına görə, yeni sanksiyalar paketinin fevralın 24-dək qəbul olunması planlaşdırılır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31