Venesuela tezliklə BRİKS-in bir hissəsi olacaq - ÖZƏL

Venesuela yaxın gələcəkdə BRİKS-ə qoşulacaq.

Olaylar.az xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro bildirib.

Prezident qeyd edib ki, müharibələr, müdaxilələr, soyqırımlar və üstünlüklər kompleksi olan köhnə müstəmləkə dünyası BRİKS ilə yeni dünya ilə əvəzlənir. Onun fikrincə, bu dünya artıq mövcuddur və dönməzdir.
"Yeni dünyanın yaranması və BRİKS-in konsolidasiyası tendensiyası geridönməzdir və Venesuela tezliklə BRİKS-in bir hissəsi olacaq", - Maduro deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31