BMT-nin baş katibi Dohada Əfqanıstan ilə bağlı razılığın əldə olunmasını bildirib
20 Fevral 2024 10:03 DünyaQətərin paytaxtı Dohada başa çatan görüşün iştirakçıları - Əfqanıstan üzrə xüsusi elçilər fəaliyyət planı üzrə razılığa gəliblər.
Olaylar.az-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.
"Biz istəyirik ki, Əfqanıstan sülh, ölkə daxilində və qonşu dövlətlərlə sülh şəraitində yaşasın və beynəlxalq ictimaiyyət, qonşuları və öz xalqının hüquqları ilə bağlı suveren dövlətin öhdəliklərini öz üzərinə götürə bilsin", - deyə o bildirib.
O əlavə edib ki, konfrans nümayəndələri lazımi addımlar barədə qarşılıqlı anlaşma əldə ediblər.
BMT-nin rəhbəri ölkə əhalisinə səmərəli humanitar yardımın göstərilməsinin zəruriliyindən danışıb, həmçinin Əfqanıstanın uzunmüddətli inkişafı məsələsinə toxunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31