Dünyanın ən böyük günəş və enerji anbarı fəaliyyətə başladı-ÖZƏL

Dünyanın ən günəşli yerlərindən biri olan Mojave səhrasının Kaliforniyadakı hissəsində dünyanın ən böyük Günəş və akkumulyator enerjisinin saxlanması layihəsi olan Edwards & Sanborn Günəş və Enerji Anbarı obyekti fəaliyyətə başlayıb. 

Olaylar.az xəbər verir ki, 4600 hektar ərazidə inşa edilən obyekt 875 meqavat günəş enerjisi istehsal edə və təxminən 3,3 giqavat-saat enerji saxlaya bilər.

"First Solar"ın 1,9 milyon günəş panelləri obyektdə 875 meqavat günəş enerjisi üçün istifadə olunduğu halda, 120.720 batareya isə 3,3 GWh saxlama üçün istifadə olunur. Batareyalar LG Chem, Samsung və BYD tərəfindən təchiz edilib. Bu güc sayəsində təxminən 238.000 ev üçün kifayət qədər təmiz elektrik enerjisi təmin ediləcək və karbon emissiyaları ildə 320.000 ton azalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31