Səma bənövşəyi rəngə büründü: Sakinlər qorxuya düşdülər - VİDEO

Çinin Çjumadyan şəhərində gübrə istehsal edən kimya zavodunda qaz sızması olub. Buna görə, şəhərin səmasını parlaq bənövşəyi bulud bürüyüb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb.

Şirkət iddia edir ki, tullantı xüsusi olaraq nəzarətli yanma üçün həyata keçirilib və tüstünün sağlamlığa heç bir təhlükəsi yoxdur.

Ancaq qorxmuş sakinlər buna şübhə ilə yanaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31