Rusiyada prezident seçkiləri üçün xaricdəki seçki məntəqələri demək olar ki, hazırdır — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Askaldoviç bildirib ki, Rusiyada prezident seçkilərində səs vermək üçün xaricdəki seçki məntəqələri demək olar ki, hazırdır.
"Bu gün seçki məntəqələrinin yaradılması demək olar ki, başa çatıb, məntəqə seçki komissiyalarının formalaşdırılması tam sürətlə gedir, onların tərkibinin 80%-i artıq məlumdur", - diplomat Rusiya Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən iclasda bildirib.
Askaldoviç qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin məqsədi seçkilərin səmərəli, rəvan şəraitdə və mövcud qanunvericiliyə uyğun keçirilməsidir. 
"Biz işimizdə bunu rəhbər tuturuq, hazırda bu, davam etdirilir" - o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31